Efiopiya ordusu ilə Tiqray əyalətindən olan üsyançılar arasında silahlı qarşıdurmalar zamanı 600 minə yaxın insan həlak olub.
KONKRET.az xəbər verir ki, bu barədə “Financial Times”a sülh danışıqlarında vasitəçilik edən Nigeriyanın keçmiş prezidenti Olusequn Obasanjo deyib.
Efiopiya rəsmiləri isə ölənlərin sayının 80-100 minə yaxın olduğunu bildirir.
Qeyd edək ki, 2020-ci ilin noyabrında Efiopiya hökuməti Tiqray Xalq Azadlıq Cəbhəsinin hücumlarına görə hərbi əməliyyatlara başlayıb. 2021-ci ilin yayında tərəflər arasında atəşkəs elan edilib.
İqbal Rzayev,
KONKRET.az