Əfqanıstanda 38 BMT əməkdaşı ÖLDÜRÜLDÜbackend

Əfqanıstanda 38 BMT əməkdaşı ÖLDÜRÜLDÜ

2021-ci ildən bəri Əfqanıstanda BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin ən azı 38 əməkdaşı həlak olub.

KONKRET.az xəbər verir ki, bu barədə BMT-nin Əfqanıstan üzrə xüsusi nümayəndəsinin müavini Daniel Piter Endres bildirib.

Onun sözlərinə görə, ölən əməkdaşlar əsasən uşaqları poliomielit əleyhinə peyvənd etmək, həmçinin əkin sahələrini minalardan təmizləməklə məşğul olublar. O, işçilərin ölümünün hansı şəraitdə baş verdiyini açıqlamayıb.

BMT rəsmisi qeyd edib ki, Əfqanıstanda 29 milyona yaxın insan humanitar yardıma ehtiyac duyur.

Xüsusi nümayəndənin sözlərinə görə, 2022-ci ildə BMT Bürosu Əfqanıstanın 401 rayonunda 26 milyon vətəndaşa yardım göstərib.

Xatırladaq ki, Birləşmiş Millətlər Təşkilatının Əfqanıstana Yardım Missiyası 28 mart 2002-ci ildə yaradılıb. Missiyanın əsas vəzifələrindən biri vətəndaşlara dəstək olmaq və onlara qarşı zorakılığın qarşısını almaqdır.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*