Əfqanıstanda döyüşlərdə 17 terrorçu, 10 polis ölübbackend

Əfqanıstanda döyüşlərdə 17 terrorçu, 10 polis ölüb

Əfqanıstan ordusunun keçirdiyi hərbi əməliyyatlarda ən azı 19 silahlı, o cümlədən 17 “əl-Qaeda” döyüşçüsü öldürülüb.  Azərtac ToloNews sayına istinadla xəbər verir ki, Əfqanıstan Müdafiə Nazirliyinin məlumatında hərbi əməliyyatların aparıldığı Loqar əyalətində yerləşən Çarx rayonunda öldürülən 17 “əl-Qaeda” döyüşçüsünün 12-sinin çeçen mənşəli gənclər olduğu bildirilir.

Məlumatda qeyd edilir ki, hərbi əməliyyatlar Çarx rayonunun Penqram və Zaid Lalə adlanan ərazilərində keçirilib. Döyüşlərdə Əfqanıstan ordusunun bir yüksək rütbəli zabiti də həlak olub.

Bundan başqa, Əfqanıstanın Daykundi əyalətində nəzarət-buraxılışı məntəqəsinə silahlı hücum nəticəsində 9 polis əməkdaşı öldürülüb, daha 10 nəfər yaralanıb.

AZƏRTAC ToloNews saytına istinadla xəbər verir ki, bu məlumatı əyalətin qubernatoru Ənvər Rəhməti verib. Onun sözlərinə görə, avqustun 2-də günorta saatlarında Tapa-ə-Ziyarət adlanan ərazidə nəzarət-buraxılış məntəqələrinə silahlı hücum baş verib. “Taliban” silahlıları iki polis postunu tamamilə dağıdıblar. Qubernator əlavə edib ki, əfqan ordusu polis postlarını geri alsa da, hazırda tərəflər arasında döyüşlər davam edir. Rəhməti əlavə edib ki, ikinci post uğrunda gedən döyüşlərdə bir hərbi qulluqçu da həlak olub, “Taliban” isə ağır itkilər verib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*