Əfqanıstanda məscidə hücum oldu - Ölən və yaralananlar var
362
Əfqanıstanın şimalındakı Baqlan əyalətinin Pol-e-Xomri şəhərində məsciddə cümə namazı zamanı bombalı hücum həyata keçirilib.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, Baqlan İnformasiya və Mədəniyyət Departamentinin direktoru Mustafa Haşimi partlayış zamanı ölən və yaralananların olduğunu bildirib.
Hələlik heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib.