Əfqanıstanda narkotik istehsalı ABŞ əsgərlərinin orada olduğu 20 il ərzində 40 dəfədən çox artıb.
KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib.
O, Əfqanıstanda narkotik ticarətinin artmasına amerikalıların töhfə verdiyinə diqqət çəkib.
“2001-ci ildə əməliyyatın başlanmasından 2021-ci il NATO qoşunlarının Əfqanıstandan çıxmasına qədər bu ölkədə narkotik vasitələrin istehsalı 40 dəfədən çox artıb”, – Patruşev deyib.
İqbal Rzayev,
KONKRET.az
