ABŞ-ın NATO üzrə müttəfiqləri Prezident Donald Trampın Ankarada keçirilən alyans sammitinə kompromisə açıq mövqe ilə qatılacağını gözləsələr də, o, əsas məsələlərdə sərt mövqeyi ilə tərəfdaşlarını təəccübləndirib.
KONKRET.az xəbər verir ki, bu barədə “Politico” diplomatik mənbələrə istinadən məlumat yayıb.
NATO diplomatlarından birinin sözlərinə görə, alyans ölkələri Vaşinqtonun əsas tələblərini yerinə yetirərək müdafiə xərclərini əhəmiyyətli dərəcədə artırıb və öz təhlükəsizlik imkanlarını gücləndirib.
Lakin mənbə bildirib ki, sammitin başlanğıcı Trampın yeni iradları, o cümlədən Qrenlandiya ilə bağlı səsləndirdiyi fikirlər fonunda gərgin keçib.
Nəşrin məlumatına əsasən, NATO-da ABŞ prezidentinin Avropadakı Amerika hərbi kontingentinin gələcəyi, Ukraynaya dəstəyin davam etdirilməsi və Volodimir Zelenski ilə mümkün görüş məsələlərində də sərt xəttini qoruyacağından narahatlıq var.
Bununla yanaşı, alyansın sabiq rəsmiləri bildiriblər ki, Trampın bu davranış tərzi artıq NATO müttəfiqləri üçün gözlənilməz deyil. Onların sözlərinə görə, bir çox Avropa ölkəsi ABŞ lideri ilə danışıqların gərgin atmosferdə keçəcəyini əvvəlcədən nəzərə alaraq sammitə hazırlaşıb.
Müşviq Tofiqoğlu
KONKRET.az
