NATO-nun Baş katibi Mark Rutte Alyansın hər qarış ərazisini qorumağa hazır olduğunu və heç bir hücum xarakterli fəaliyyət planlaşdırmadığını bəyan edib.
KONKRET.az xəbər verir ki, Rutte bunu Ankarada keçirilən NATO sammiti çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.
“Bizimlə oynamayın. Biz heç vaxt heç kimə hücum etməyəcəyik. Biz yalnız həyat tərzimizi, demokratiyamızı və ərazimizi müdafiə edəcəyik”, – deyə o, vurğulayıb.
Baş katib qeyd edib ki, NATO yalnız müdafiə siyasəti yürüdür və üzv dövlətlərin kollektiv müdafiəsi prinsipinə sadiq qalır.
Mark Rutte həmçinin bildirib ki, sammitin yekun bəyannaməsində Rusiyanın Alyansın təhlükəsizliyi üçün uzunmüddətli təhdid kimi göstəriləcəyinə ümid edir.
Baş katib əlavə edib ki, yekun sənədin son redaksiyası sammit başa çatdıqdan sonra təsdiqlənəcək. Onun sözlərinə görə, hazırkı razılaşmalar Rusiyanın uzunmüddətli təhdid kimi qeyd olunacağı ifadənin yekun bəyannaməyə daxil ediləcəyini deməyə əsas verir.
Müşviq Tofiqoğlu
KONKRET.az
