SON DƏQİQƏ: İran bu ölkələri bombaladıbackend

SON DƏQİQƏ: İran bu ölkələri bombaladı

İran ordusu ABŞ-ın son hücumlarına cavab olaraq Bəhreyndə yerləşən ABŞ hərbi obyektlərinə pilotsuz uçuş aparatları ilə zərbələr endirdiyini bəyan edib.

KONKRET.az xəbər verir ki, İran hərbçilərinin bildirdiyinə görə, hədəflər arasında ABŞ hərbçilərinin yerləşdiyi Şeyx-İsa aviabazasının obyektləri də olub.

Qeyd edək ki, Bəhreyndə həmçinin ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci Operativ Donanmasının qərargahı yerləşir. Bu donanma Fars körfəzi və Ərəb dənizi daxil olmaqla geniş regiona nəzarət edir.

Bununla yanaşı, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-a məxsus 85 hərbi obyektə koordinasiyalı raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirdiyini açıqlayıb.
SEPAH-ın məlumatına əsasən, hədəflər sırasında ABŞ-ın 5-ci Donanması, Küveytdə yerləşən Əli əs-Salem aviabazası və Salman limanı da yer alıb.

Xatırladaq ki, bundan əvvəl ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İrana qarşı “güclü zərbələr silsiləsi”nə başladığını elan etmişdi. ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) bu hücumların İranın Hörmüz boğazında üç kommersiya gəmisinə endirdiyi zərbələrə cavab olduğunu bildirmişdi.

Məlumatlar tərəflərin rəsmi açıqlamalarına əsaslanır və müstəqil mənbələr tərəfindən hələlik tam təsdiqlənməyib.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*