Əfqanıstanın şimalında beş bal gücündə zəlzələ qeydə alınıb.
KONKRET.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri təxminən 303 min insanın yaşadığı Məzari-Şərif şəhərindən 22 kilometr qərbdə yerləşib. Yeraltı təkanların ocağı 10 kilometr dərinlikdə olub.
Tələfat və dağıntılar barədə məlumat verilməyib.
Zəlzələnin qonşu Özbəkistan və Türkmənistanda hiss edildiyi bildirilib.
