“Əhmədli” stansiyasında yük vaqonu relsdən çıxdıbackend

"Əhmədli" stansiyasında yük vaqonu relsdən çıxdı

Bu gün saat 05:30 radələrində “Əhmədli” stansiyasında manevr işləri aparılarkən 1 yük vaqon relsdən çıxıb. Nəticədə vaqondan yük axını baş verir.

KONKRET.az xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinən (ADY) verilən məlumata görə, hadisənin baş vermə səbəbi araşdırılır və hazırda nəticəsinin aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülür.

Qeyd olunan yük vaqonu Gürcüstan Dəmir Yollarına məxsusdur və 49 ildir istismardadır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*