Ekvadorda prezidentliyə namizəd Fernando Villavicencio seçkiqabağı görüşdən sonra güllələnib.
KONKRET.az “El Universo” qəzetinə istinadən xəbər verir ki, o, ölkənin paytaxtı Kitoda öldürülüb.
Qeyd olunur ki, qatil Villavicencionu başına üç güllə vuraraq qətlə yetirib.
Məlumata görə, hadisə yerli vaxtla saat 18:20 radələrində baş verib. Şahidlər atəş səslərinin eşidildiyini və ağır yaralanan prezidentliyə namizədin yerə yıxıldığını qeyd ediblər. O, xəstəxanaya aparılsa da, həkimlər onun həyatını xilas edə bilməyib.
Onun ölümünü dostu və seçki kampaniyası üzrə müşaviri Karlos Fiqeroa da təsdiqləyib.
Hadisə nəticəsində ən azı 8 nəfərin də yaralandığı bildirilir. Onlar da xəstəxanaya aparılıb.
Polis qatilləri axtarmaq üçün küçələri bağlayıb.
İqbal Rzayev,
KONKRET.az
