“Əl-Cəzirə” rus əsgərlərinin cəsədləri ilə dolu avtomobilin görüntülərini YAYIMLADI – FOTO/VİDEObackend

"Əl-Cəzirə" rus əsgərlərinin cəsədləri ilə dolu avtomobilin görüntülərini YAYIMLADI - FOTO/VİDEO

“Əl-Cəzirə” öldürülmüş rus əsgərlərinin cəsədləri ilə dolu maşının görüntülərini yayımlayıb.

KONKRET.az xəbər verir ki, “Əl-Cəzirə”nin Qətər nəşri Ukraynada həlak olan rus əsgərlərinin cəsədlərinin olduğu soyuducu avtomobili nümayiş etdirib.

Jurnalistlərin sözlərinə görə, onlar Kiyev vilayətindəki döyüşlərdə həlak olan və Rusiya komandanlığının atıb getdiyi rusların cəsədlərinin toplandığı yerə eksklüziv giriş əldə ediblər,

Kadrlarda Rusiya ordusunun geyim formasının fraqmentləri, Rusiya istehsalı olan zirehlər, ölənlərin elit rus qoşunlarına aid olduğunu göstərən şevronlar, əsgərlərin əşyalarından mülki şəxslərdən oğurlanmış qızıl-zinət əşyaları aşkar edildiyi görünür.

Süjet Moskvanın Qələbə Gününü qeyd etməsinə həsr olunmuş nəşrin geniş reportajında ​​dərc olunub.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*