Elçin Cəlilovun qızı: “Atam öləndən sonra dostları bizi axtarmadı”backend

Elçin Cəlilovun qızı: “Atam öləndən sonra dostları bizi axtarmadı”

Mərhum xanəndə Elçin Cəlilovun qızı Şəlalə Vəliyeva ilk dəfə efirə çıxıb və atası barədə danışıb. 

KONKRET.az xəbər verir ki, o atasına həsr edilən “O üz” verilişində  çətinliklə böyüdüyünü bildirib.

“14 yaşımda atamı itirdim, qəfil getməyi mənə çox pis təsir etdi. Atam dünyasını dəyişən gündən ta gənc yaşlarına kimi çox çətinliklərdən keçdim. Çox boşluqlar oldu. Mən əzab-əziyyətlə böyümüşəm. Onun sənətə gətirdikləri, sənət aləmindən çox dostları olub, amma o dünyasını dəyişəndən sonra onlar atamı axtarmadılar.  Sənət dostlarından heç kim məzarı üstə  gəlmədi, bizi axtarmadı”,- deyə Şəlalə bildirib.

Qeyd edək ki, xanəndə 2005-ci il mayın 10-da 37 yaşında vəfat edib. Onun ölümünə narkotik maddələrdən istifadə səbəb olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*