“Əli Həsənov nəhəng bir quruma ət və kolbasa işinə baxan kirvəsini rəhbər qoydu”backend

“Əli Həsənov nəhəng bir quruma ət və kolbasa işinə baxan kirvəsini rəhbər qoydu”

“Deyirlər, Əli Həsənov mətbuatı məhv etdi. Tamamilə doğrudur”.

KONKRET.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Etibar Əliyev deyib.

E.Əliyev bildirib ki, bunun əyani sübutu qəzet köşklərini seyr etməkdir: “Qəzet və jurnal maarifçilik, ideologiya və təşviqat işlərinin əsas alətidir. Qəzet həm də arxivdir. Sayt-filan arxiv ola bilməz. Bəs kitab mağazalarını kim yerlə-yeksan etdi? Əli Həsənov “AzərKitab” deyilən nəhəng və işlək bir quruma ət və kolbasa işinə baxan kirvəsini rəhbər qoydu. Onlar məqsədlərinə çatdılar. Ət və kolbasa əmtəəşünası bir neçə ildən sonra “AzərKitab”ın ləğvinə nail ola bildi. Bu qurumun 127 kitab mağazası kitab tarixindən silindi. “Kitab evi”, “Kitab passajı”, “Akademkitab” kafelərə və paltar mağazalarına çevrildi. Kitab satılan yerlərin, demək olar ki, əksəriyyəti icarəyə verilən yerlərdir. Görürsünüzmü, bir adam ölkəyə nə böyüklükdə zərbə vura bilərmiş. Elə bir situasiya yaranıb ki, indi bunları bərpa etmək də mümkün deyil.

Bir stəkan suya qara rəngli məhluldan bir damcı qatmaq çox asandır. Ancaq həmin damcının rəngini təmizləmək, demək olar ki, mümkün deyil”.

 

Loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*