Əli Həsənovun mətbuata vurduğu daha bir ölümcül YARASIbackend

Əli Həsənovun mətbuata vurduğu daha bir ölümcül YARASI

Surxay Atakişiyev

Bilirsiniz bu nədir? Prezident Adminstrasiyasının keçmiş şöbə müdiri Əli Həsənov bir zamanlar onun hazırladığı texnologiya əsasında Azərbaycan mətbuatında maarifçilik ənənələrinə son qoydu.

Axı maarifçilik mətbuatın üzərinə götürdüyü 3 əsas missiyadan biridir. Vaxtilə peşəkar jurnalistlərin dışlanması və təsadüfi adamların bu sahəyə sürətli axını və onların peşə müqəddəsliyini gündəlik dolanışığa dəyişdirmələri mətbuatı əsas hədəflərindən sapdırdı. Əli Həsənov Azərbaycan mətbuatının görən gözünü kor, danışan dilini lal elədi. Peşəkar, döyüşkən jurnalist ordusu məddahlar dəstəsi ilə əvəzləndi. Bununla da jurnalistikada maarifçilik ənənələri kökündən baltalandı.

Bu baxımdan jurnalistika hadisələrin arxasında yox, önündə getməlidir. 25 il Azərbaycan mətbuatına “şeyxülislam”lıq etmiş Əli Həsənovun günahı ucbatından bu prinsiplər də unuduldu.

Neçə aydır ki, dünya və Azərbaycan gözəgörünməz düşmənlə üz-üzədir. Bu düşməni olduğu kimi tanıtmaq və onun zəif cəhətlərini öyrənmək hamıdan öncə jurnalistikanın vəzifəsidr. Amma görünən odur ki, COVİD-19 hələ də meydan sulayır. Son 3 ayda apardığım müşahidələr göstərdi ki, bəzi yazarlar jurnalistikadan daha çox dezinformasiya ilə məşğul olur. Məsələn, rəsmi mənbələr xalq artisti Teymur Mustafayevin koronavirusdan öldüyünü bəyan etdiyi bir vaxtda bəzi yazarlar təsadüfi adamların təəssüratlarını qabardıb, rəsmi məlumatı yalanlamaqla məşğul oldu. Guya Teymur Mustafayev bu xəstəlikdən ölməyib. Və yaxud, Bəhram Bağırzadənin koronovirusdan əziyyət çəkdiyini rəsmi orqanlar bəyan etdiyi halda, bəzi xəbər portalları sensasiya xatirinə Cabir İmanovun və digərlərinin adından bunu yalanlamağa çalışdı.

Bu isə qeyri-peşəkarlığın ən bariz nümunəsi idi. Hələ demirəm ki, cinayətdir. Beləcə xalqın faciəsini bəzi yazarlar şouya çevirdilər. Ucuz sensasiya  və reytinq xatirinə adamların mənəviyyatı ilə oynadılar. Bütün bunların tək günahkarı isə Əli Həsənovdur. Çünki sensasiya və reytinq jurnalistikasını Azərbaycan mətbuatına Əli Həsənov gətirdi. Bir zamanlar Əli Həsənovun sağında-solunda dayanan, onun sonsuz imkanlarından yararlanıb ev, maşın, “obyekt” alan bir-çox media kapitanlarının karantin dövründə ən azı qazandıqları sərvətin haqqını xalqa qaytarmalı idilər. Lakin bunu etmədilər. Çünki bu adamlar vətəndaş yanğısı ilə deyil, göstərişlə, tapşırıqla yazmağa vərdişkardırlar.

Bu gün bizlər görünməyən düşmənlə üz-üzəyik. Ona qalib gəlməyin yeganə yolu isə davamlı maarifçilikdən keçir. Bu sahədə isə həm televiziyalarda, həm də elektron KİV-lərdə (çap mətbuatını demirəm, çünki onların varlığı ilə yoxluğu bilinmir) koronovirus pandemiyası ilə bağlı davamlı təbliğat və təşviqat işini genişləndirməlidir.

Əziz oxucu! Müdriklər deyib ki, “…əgər bir milləti məhv etmək istəyirsənsə,birinci onu yalana öyrətməlisən…” Əli Həsənov da Azərbaycan mətbuatını yalan yazmağa, yalan danışmağa öyrətdi, daha doğrusu zorladı. Ona görə də bu gün mətbuatın sözünə çox az adam inanır. Bu inamsızlığı da Əli Həsənov vaxtında çox gözəl təşviq elədi. Ona görə də pandemiyadan az itki ilə çıxmağın tək yolu inzibati qaydaların və cərimələrin tətbiqidir. Çünki, deyilən SÖZə çoxlarımız inanmır….

 

  • GEBER
    İyun 28, 2020 - 10:12

    Hörmətli deputat Etbar Əliyevə , bloger Mehman Hüseynov haqqinda primitiv məqalə yazmaqdan qabaq :_ Surxay Atakişiyevin Konkret az saytinda Əli Həsənovun mətbuata vurduğu daha bir ölümcül YARASI haqda linki oxumaqi Sizdən xahiş edərdim https://konkret.az/eli-hesenovun-metbuata-vurdugu-daha-bir-olumcul-yarasi/
    Hörmətli deputatin hər gün istənilən mövzu və gündəm haqda açiqlamasina rast gəlirəm :- demək olar ki , eyni dəst xətlə eyni sonu bəlli nəticələrlə .
    Nə üçün məhz Surxay Atakişiyevi məsləhət bildim ? bəlkə Etibar Əliyev bir az maaariflənmək yox bu onun özü haqda yüksək məninə ** bəlkə də hörmətsizlik olardi . Hesab edirəm , ki Surxay Atakişiyevin bu və digər məqalələrindən bəlkə bir iki nöqtə vergülu öz Bəhlul danəndə pul kisəsi yaddaş kartina vurardi .
    İnsanin biliyi düşüncə tərzi əlləxsus yazmaq bacariqi pul kisəsidir , əfsus ki bu Azərbaycanda yoxdur .
    Əgər belə olsaydi Surxay Atakişiyev kimi söz sənətinin üslubunun stilisti kimi insan milyarder olmaliydi .
    Lakin əfsus sö maarifçi insan bu haqda heç düşünməyibdə , xalqina xidmət edir sözü ilə üslubu ilə .
    Mən Surxay müəllimin yazmaq deyil , düşüncə tərzinin . oxucunu valeh rtməklə həqiqətə söykənməyin məcbur etmə sirrini açmaq istəmirəm , yazilarini oxusun bəlkə , nə isə ogğurlaya bilər , bəli istedadi Allah kiməsə ogğurluqla kiməsə isə :_Surxay Atakişiyevlərə zəhmətlə istedadi ucuz satmamaqla nəyəsə dəyişməməklə bəxş edir , belə insanlar xalqin qarşilaşdiqi düyünləri incə saplarla maarifçi neyroxururq tək , oxucunu əməliyyat etməklə bədxassəli şişləri müalicə edə bilir , Sizin kimi metastaz həddini daha da ağirlaşdirmir . Sözü çürütmür əks reaksiya yaratmir . Sadə bir mövzü dovşan müqəvvasini açmaq əvəzinə , müqəvvani şirə çevirmir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*