Məlum olduğu kimi, 2019-cu ilin noyabr ayında Prezident İlham Əliyev uzun illər ərzində özünün ictimai-siyasi məsələlər üzrə köməkçisi vəzifəsini icra etmiş Əli Həsənovu daşıdığı vəzifəsindən azad etdi.
KONKRET.az bildirir ki, qeyd olunan tarixdə adı çəkilən bu şəxs PA-kı vəzifəsindən uzaqlaşdırılsa da, Azərbaycan mediası üzərində dolaşan “Həsənov kabusu” götürülsə də, deyəsən, hələ də Əli Həsənovun bəzi media qurumları üzərində təsir imkanları tükənməyib. Çünki daxil olan məlumatlarda qeyd olunur ki, Prezidentin sabiq köməkçisi vaxtilə ələ keçirmiş olduğu milyonlar hesabına bu gün də bəzi media qurumlarını maliyyələşdirməkdə davam edir.
Məsələnin maraqlı və düşündürücü tərəfi odur ki, bu gün Əli Həsənovun vaxtilə dövlətdən oğurladığı pullar hesabına “nəfəs alan” Aznews.az, Strategiya.az, Olaylar.az, Kaspi.az və digər media qurumları, hal-hazırda ictimai fikirin formalaşmasına heç bir təsir göstərə bilmirlər. Belə olan halda ortaya maraqlı sual çıxır ki, görəsən sabiq köməkçinin belə bir addım atmasının kökündə nələr durur ki, bu gün o, külli miqdarda vəsaitinin “başından keçməli olur?”
Gundemxeber.az
