Əli Kərimlidən Xankəndi haqda xəsis paylaşım – onun “əmma“sına baxın!backend

Əli Kərimlidən Xankəndi haqda xəsis paylaşım - onunəmmasına baxın!

AXCP sədri, radikal müxalifətin başı olan Əli Kərimli Xankəndi ilə bağlı paylaşım edib.

KONKRET.az xəbər verir ki,ötən aya qədər Azərbaycanın Qarabağ zəfərinə “Xankəndi, Xocalı bizdə deyilsə, heç bir qələbədən söhbət gedə bilməz”, bəhanəsi ilə kölgə düşürən Ə. Kərimlinin bu dəfə də “əmma”sı var. Çox xəsis, çox pərt paylaşımda bunlar yazılıb:

“Milli bayrağımızın Xankəndində ucaldılması münasibətilə xalqımızı təbrik edirəm. Qəhrəman şəhidlərimizi rəhmətlə anırıq. İgid qazilərimizə, fədakar şəhid ailələrinə, Azərbaycan ordusuna minnətdarlığımızı bildiririk.

Rusiya silahlı qüvvələrinin ölkəmizdən ən qısa müddətdə çıxarılmasına da nail olmalıyıq”.

Bu dəfə də “kölgə”nin ideologiyası elan olundu. Bu böyüklükdə zəfər qalacaq kənarda, “Rusiya sülhməramlıları” olacaq əsas məsələ.

Allah islah etsin və millətin zəfərinə sevinə biləcək ürəklə mükafatlandırsın.

Qeyd edək ki, çoxsaylı Facebook istifadəçiləri onun bu naqis paylaşımına etiraz püskürürlər.

Musavat.com

  • Aftandil
    Oktyabr 16, 2023 - 12:15

    Söz yox ki,uğurların qazanılmasında ordunun xidmətləri danılmazdır,amma uğurun qazanılmasında ALİ BAŞ KOMANDANIN rolu çox böyükdür.

  • sexavət
    Oktyabr 17, 2023 - 10:06

    bu bizim təmiz qələbəmizdir

  • Məhəmməd
    Oktyabr 17, 2023 - 15:13

    Şəkililər demiş boya qamış ölçüm əli

Aftandil üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*