Ukrayna Silahlı Qüvvələri Belqorod vilayətinin Neçayevka kəndində avtomobilə pilotsuz uçuş aparatı ilə hücum edib.
KONKRET.az xəbər verir ki, bu barədə vilayət qubernatoru Vyaçeslav Qladkov məlumat verib.
Məlumata görə, hadisə nəticəsində bir kişi və onun oğlu hadisə yerində həyatını itirib, qadın xəsarət alıb.
Onun sözlərinə görə, avtomobildə ailə üzvləri — ər-arvad və onların 21 yaşlı oğlu olub. Kişi və oğlu aldıqları ağır xəsarətlərdən hadisə yerində ölüb.
Qadın Belqorod şəhər 2 saylı xəstəxanasına çatdırılıb və ona zəruri tibbi yardım göstərilib.
