Almaniya müharibəyə hazırlaşırbackend

Almaniya müharibəyə hazırlaşır

Almaniya müdafiə büdcəsində vəsait çatışmazlığına baxmayaraq, mümkün müharibə ssenarilərinə hazırlıq görməyə başlayıb.

KONKRET.az axar.az-a istinadən bildirir ki, Almaniyanın Şimal dənizi sahilində yerləşən Bremerhaven şəhərində yerləşən Avropanın ən böyük avtomobil limanı modernləşdiriləcək. Modernləşdirməyə 1,35 milyard avro (1,6 milyard dollar) vəsait xərclənəcək. Vəsait liman körpülərinin gücləndirilməsinə yönəldiləcək ki, burada 60 tona qədər ağırlığa malik “Leopard” tankı da daxil olmaqla, hərbi texnikanın daşınması mümkün olsun.

Agentlik bildirib ki, 2026-cı il Almaniya büdcəsinə daxil edilən bu layihə ölkənin potensial müharibəyə hazırlıq üzrə daha geniş planının bir hissəsidir.

Qeyd olunur ki, Avropaya mümkün hücum halında Almaniyanın coğrafi mövqeyi və sənaye resursları onu qoşunların təchizatı baxımından strateji mərkəzə çevirir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*