Əliyev “gizli olub” dedi, 4-cü dəfə təkrarlandı – Bakıda dünyanı heyrətə gətirən görüşbackend

Əliyev “gizli olub” dedi, 4-cü dəfə təkrarlandı – Bakıda dünyanı heyrətə gətirən görüş

Prezident İlham Əliyevin Almaniya Kansleri Fridrix Mertslə birgə mətbuat konfransında Bakıda Almaniya və Rusiya nümayəndələri arasında görüşün keçirilməsi barədə suala cavabı diqqət çəkib. Prezident bildirib ki, Azərbaycan tərəfi belə bir görüşün keçirilməsi barədə məlumatı “The Times” qəzetindən öyrənib, yəni ev sahibliyi etdiyindən xəbərsiz olub.

Dövlət başçısı ötən gün Berlinə gəlməzdən öncə Azərbaycan Dövlət Sərhəd Xidmətindən bununla bağlı məlumat istədiyini açıqlayıb. O, iki ölkənin keçmiş və hazırkı rəsmilərinin Azərbaycanda bir araya gəldiyini, lakin Berlin və Moskvanın Bakını bu barədə məlumatlandırmadığını vurğulayıb.

Bundan əvvəl NATO-Rusiya, Türkiyə-Rusiya, eləcə də İsrail-Türkiyə təmaslarına ev sahibliyi edən Azərbaycan tədricən rəqib güclər arasında etimad platforması kimi ön plana çıxır.

Bəs Bakının belə həssas görüşlər üçün seçilməsi nədən xəbər verir? Bu, Azərbaycanın beynəlxalq mövqeyi baxımından hansı üstünlükləri yaradır?

KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib ki, Azərbaycan həm məkan, həm də vasitəçi ölkə kimi tanınır:

“Əslində, Azərbaycan müəyyən dərəcədə vasitəçilik rolu qazanıb. 2015-ci ildə Rusiyanın hərbi təyyarəsinin Türkiyə tərəfindən vurulmasından sonra iki ölkə arasında ciddi gərginlik yaranmışdı. Həmin vaxt Prezident İlham Əliyev şəxsən vasitəçi kimi məsələnin həllinə çalışmışdı.

Bundan başqa, Suriya və İsrail arasında aparılan danışıqlarda da vasitəçi kimi çıxış etmişik. NATO ilə Rusiya arasında görüşlər də Bakıda baş tutub. Bu dəfə isə Almaniya və Rusiya nümayəndələri görüş yeri kimi Azərbaycanı seçiblər. Lakin müəyyən səbəblərdən bu barədə Azərbaycan tərəfi əvvəlcədən məlumatlandırılmayıb.

Yenə də qeyd edirəm ki, bu, müsbət haldır. Çünki Azərbaycan təhlükəsiz ölkə kimi qəbul olunur və belə görüşlərə ev sahibliyi edir. Ancaq Bakının bu barədə əvvəlcədən məlumatlandırılması yaxşı olardı.

Görünən odur ki, bu görüş Almaniya hökumətinin təşəbbüsü ilə olmayıb. Əgər belə olsaydı, rəsmi Bakıya məlumat verilərdi. Ehtimal ki, bu, ayrı-ayrı siyasətçilərin təşəbbüsü olub və görüş də məhz buna görə belə formatda keçirilib”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*