Əliyevi “Ən böyük dost” adlandıran Çindən daha bir JEST: “Yalnız döst ölkənin liderini…” – VACİB MƏQAMLARbackend

Əliyevi "Ən böyük dost" adlandıran Çindən daha bir JEST: "Yalnız döst ölkənin liderini..." - VACİB MƏQAMLAR

“Prezident İlham Əliyevin Çinə səfəri iki ölkə arasında strateji tərəfdaşlıq əlaqələrinin daha da dərinləşməsi konteksində olduqca mühümdür. Məsələ orasındadır ki, bu gün Çin beynəlxalq münasibətlər sistemində həm geostrateji, həm də geoiqtisadi baxımdan dünyanın əsas güc mərkəzlərindən birinə çevrilməkdədir. Çinin həyata keçirdiyi qlobal və kommunikasiya layihələri coğrafi məkan olaraq Azərbaycan vasitəsilə Qərbə uzanır. Ona görə də, Çin və Azərbaycan münasibətlərinin çox böyük perspektivləri və gələcəyi var”.

Bu fikirləri KONKRET.az-a açıqlamasında ölkə başçısı İlham Əliyevin Çinə dövlət səfərini şərh edən millət vəkili Hikmət Babaoğlu səsləndirib.

Efirdə halı pisləşən deputat Modern.az-a DANIŞDI

“Çin Xalq Respublikasının sədri Si Tsinpin İlham Əliyevi özünün və Çin xalqının ən böyük dostu adlandırdı. Düşünürəm ki, Çin-Azərbaycan münasibətlərinin xarakterini və gələcək perspektivini anlamaq üçün bu qiymətləndirməyə diqqət yetirmək kifayətdir. Bu gün Çin qlobal cənubun ağırlıq mərkəzidir, dünya iqtisadiyyatı birbaşa və dolayısı ilə Çin iqtisadiyyatı ilə bağlıdır. Bu gün Azərbaycanın da aid olduğu Avrasiya coğrafiyasında Çinin mövqeyi bir çox məsələləri həll edir. Bunun başında əlbəttə ki yeni iqtisadiyyatın təşkili dayanır. Bütün bu perspektivlərin qiymətləndirilməsi ikitərəfli münasibətlərin inkişafı üçün yeni bir yol açır”.

Millət vəkilinin sözlərinə görə, bu gün “Bir kəmər, bir yol” layihəsi çərçivəsində Çin-Azərbaycan münasibətlərinin Mərkəzi Asiyadan Avropaya qədər uzanması müştərək maraq yaradır. İqtisadi-siyasi münasibətlər dövlətlərarası əlaqələrin ilkin komponenti olsa da, mədəni və tarixi dəyərlə bu münasibətlərin inkişafına mühüm töhfə verir. Azərbaycan ədəbiyyatında hələ 12-ci əsrdə dahi Nizami bir Çin obrazı yaradıbsa, deməli, önümüzdəki inteqrasiya prosesində bu dəyərlərin daha da inkişaf etdirilməsi mühüm şərt kimi ortaya çıxır. Ona görə də, Çin xalqının faşizm üzərində qələbəni qeyd etməsi, Azərbaycanın da eyni addımı atması ortaq təmas nöqtələrindən biridir. Yalnız yaxın ölkələr bu cür tədbirlərdə dost dövlətin liderini öz yanında görmək istəyir. Bu, o deməkdir ki, artıq Çin-Azərbaycan münasibətləri rəsmi siyasi, iqtisadi maraqlara söykənən komponentlərə əsaslanır. Bu da olduqca vacib məsələlərdən biridir”.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*