Elman Nəsirov: “Azərbaycan sülh tərəfdarıdır,13 bənd  güclü, 3 bənd daha zəifdir anlayışı yoxdur”backend

Elman Nəsirov: “Azərbaycan sülh tərəfdarıdır,13 bənd  güclü, 3 bənd daha zəifdir anlayışı yoxdur”

Ötən həftə ABŞ prezidenti  Bayden  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanladı. Həmin məktubda Amerika prezidenti Ermənistanla bu ilin sonuna qədər sülh müqviləsinin imzalanmasını tövsiyyə edirdi. Dünən isə Bayden Ermənistanın baş naziri Nikol Paşinyana məktub göndərib. Paşinyana ünvanlanan məktubda da iki ölkə arasındakı sülh müqaviləsinin bağlanmasının vacibliyinə toxunulur.  Ümumiyyətlə ABŞ prezidentinin yarımçıq sülh müqaviləsinin imzalanmasına  can atması başa düşülən deyil.

Məsələni KONKRET.az-a şərh edən millət vəkili Elman Nəsirov bildirib ki, görünür  Baydenin Azərbaycan Prezidenti Cənab İlham Əliyevin bu məsələdə tutuduğu prinsipal və qətiyyətli mövqeyindən xəbəri yoxdur:

“Ya da bunu bilə-bilə, sadəcə öz siyasi iradələrini ortaya qoymaq istəyirlər. Azərbaycan Prezidentinin mövqeyi ondan ibarətdir ki, sülh müqaviləsindəki  beş baza prinsipinin müəllifi bizik. Sülh layihəsini də biz təqdim etmişik və Azərbaycan sülh tərəfdarıdır. Ermənistan Konstitusiyasında Azərbaycana ərazi iddiaları olduğu halda, biz bunu necə imzlaya bilərik. Zəhmət çəksinlər Ermənistan Konstitusiyasında dəyişiklik etsinlər, sonra müqavilə imzalansın. Bunu isə referendum yolu ilə həll etmək mümkündür. Ancaq nəzərə alsaq ki, ilin başa çatmasına çox az qalıb, deməli faktiki olaraq Baydenin təklifi özünü doğrultmayacaq. İlin sonuna qədər referendumun keçirilməsinə Ermənistanın vaxtı çatmaz. Deməli, dolayı yolla Bayden də Paşinyan kimi, yarımçıq sülh müqaviləsinin bağlanmasında maraqlıdır. Problemi axıra qədər həll etmək lazımdır. Bunlar isə onu gələcək nəsillərə saxlamaq istəyirlər. Eyni səbəbdən də  ATƏT-in Minsk qrupunu ləğv etmək istəmirlər ki, yarımçıq qalan 20% məsələnin həlli ilə məşğul olsunlar. Ona görə Azərbaycana belə yarımçıq sülh lazım deyil. Azərbaycan Prezidentinin prinsipal mövqeyi də ondan ibarətdir ki, bizim üçün sülh müqaviləsinin hər bəndi eyni gücə malikdir. “13 bənd daha güclü, 3 bənd daha zəifdir”, mövqeyi yoxdur.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*