Elman Paşayevin keçmiş köməkçisi saxlanıldıbackend

Elman Paşayevin keçmiş köməkçisi saxlanıldı

Tanınmış rusiyalı vəkil Elman Paşayevin keçmiş köməkçisi Elgün Mamedov Rusiyada və Belarusda bir sıra daşınmaz əmlakın qanunsuz ələ keçirilməsi ilə bağlı araşdırılan cinayət işi çərçivəsində saxlanılıb.

KONKRET.az globalinfo.az-a istinadən xəbər verir ki, Mamedov və onun tanışı Aleksandr Makedonski saxta sənədlərdən istifadə etməklə mənzillərin qanunsuz satışını təşkil edən qrup yaradıb.

İstintaqın versiyaına əsasən, şübhəlilər sahibləri vəfat edən və ya uzun müddət mənzillərinə gəlməyən şəxslərə məxsus əmlakları müəyyənləşdirib, sənədləri saxtalaşdıraraq həmin mənzilləri satışa çıxarıblar.

Qrupun Moskva ərazisində ən azı yeddi mənzili satmağa nail olduğu bildirilir. Daha bir neçə əmlakla bağlı planlaşdırılan sövdələşmələr isə baş tutmayıb.

Hüquq-mühafizə orqanlarının müdaxiləsindən sonra qrupun bir sıra üzvləri Rusiyada, digərləri isə Belarusda saxlanılıb.

İlkin hesablamalara görə, cinayətkar qrupun fəaliyyətindən dəyən zərərin məbləği təxminən 130 milyon rubl təşkil edir. İstintaq hazırda mümkün digər zərərçəkənlərin müəyyənləşdirilməsi istiqamətində araşdırmaları davam etdirir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*