Elmə etimad AZALIR: Qlobal araşdırma ŞOK RƏQƏMLƏRİ ÜZƏ ÇIXARDIbackend

Elmə etimad AZALIR: Qlobal araşdırma ŞOK RƏQƏMLƏRİ ÜZƏ ÇIXARDI

Dünya miqyasında elmə qarşı ictimai etimadda ciddi azalma müşahidə olunur. COVID-19 pandemiyası dövründə artan etimad göstəriciləri son illərdə eniş trendinə keçib və bu tendensiya xüsusilə maliyyə çətinlikləri yaşayan insanlar arasında daha kəskin şəkildə özünü büruzə verir.

KONKRET.az xəbər verir ki, dünyanın 140 mindən çox sakininin iştirakı ilə “Wellcome Global Monitor” şirkəti tərəfindən aparılan ən böyük beynəlxalq tədqiqatların nəticələrinə görə, qlobal miqyasda elmə inandığını bildirənlərin payı azalıb. Belə ki, 2018-ci ildə bu rəqəm 77 faiz təşkil etdiyi halda, pandemiya dövründə – 2020-ci ildə 80 faizə yüksəlmişdi. Lakin 2025-ci ildə elmə inandığını deyənlərin faizi 72 faizə enib.

Mütəxəssislər bu araşdırmanın sağlamlıq təhdidlərinə qarşı mübarizəyə mane olan dezinformasiya və sui-qəsd nəzəriyyələrinin yayıldığı bir dövrə təsadüf etdiyini vurğulayırlar. Bununla yanaşı, bəzi ölkələrdə elmi müəssisələrin artıq siyasi təzyiqlərlə və maliyyə çatışmazlığı problemi ilə üzləşdiyi qeyd olunur.

“Wellcome” fondunun rəhbəri Con-Arne Rёттингen elmi ictimaiyyətə inamın azalmasını onun pandemiya zamanı siyasiləşdirilməsi ilə əlaqələndirib. Həmin dövrdə vaksinlər, maskalar və sağlamlığın qorunması tədbirləri siyasi mübahisələrin mərkəzində yer almışdı.

Araşdırma göstərir ki, maddi durumu yaxşı olanlar arasında elmə inam 39 faiz təşkil etdiyi halda, yaşayışı üçün kifayət qədər pulu olmayanlar arasında bu göstərici cəmi 20 faiz olub. Con-Arne Rёттингen hesab edir ki, maddi çətinlik çəkən insanlar elmi onların maraqlarını nəzərə almayan bir sistemin hissəsi kimi qəbul edə bilərlər. O, alimlərin əhali qrupları ilə daha fəal ünsiyyət qurmasının və elmin onlara necə fayda verdiyini daha yaxşı izah etməsinin vacibliyini qeyd edib.

Günay Əli
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*