“Elmlər Akademiyası” bağlanıb? – AÇIQLAMAbackend

"Elmlər Akademiyası" bağlanıb? - AÇIQLAMA

“Metronun “Elmlər Akademiyası” stansiyasında sərnişin axınının çoxluğunu nəzərə alaraq, tənzimlənmə mexanizmləri sərnişin təhlükəsizliyi tələblərinə əməl olunmaqla həyata keçirilir”.

KONKRET.az xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Qurum rəsmisi bildirib ki, stansiyanın tamamilə bağlanması barədə deyilənlər şayiədir:

“Bəzi şayiələr yayılır ki, guya stansiyanın girişi tam bağlanılıb, içəri adam buraxılmır. Belə hal yoxdur. Tam məhdudlaşdırmadan söhbət getmir, sadəcə tənzimləmə aparılır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*