“Emmanuel”dən Emmanuelədək: prezidentlər və məşuqələr – FAKTLARbackend

“Emmanuel”dən Emmanuelədək: prezidentlər və məşuqələr - FAKTLAR

1 ATMACA – 1 TAPMACA

Əgər düşünürsənsə Fransa rəhbərlərinin əxlaqsızlığı keçmişdə, kralların hakimiyyəti dövründə qalıb – səhv edirsən. Beşinci respublikanın prezidentləri indi də zinakardırlar. Necə deyilir, “Qurban olsunlar Məhəmmədin şəriətinə”.

Şəriət 1 kişiyə eyni vaxtda 4 qadına ərlik etməyə izin verir. Qərbdə bunu “vəhşilik” sayırlar.

Xaçpərəst dünyasında yeni evlənənlər and içirlər ki, onları bir-birindən yalnız ölüm ayıra bilər.

Ay-hay!

Söz düşmüşkən, bu ay ölüm Fransanın keçmiş prezidenti Jiskar d’Esteni ermənilərdən və ruslardan ayırdı. Haylara simpatiyası çoxdan məlum idi. Bəlkə də Qarabağda qələbəmiz barədə xəbər onun ürəyini sarsıtdı… Amma Rusiyaya və Putinin siyasətinə rəğbəti 2014-cü ildə üzə çıxmışdı. D’Esten o zaman dedi ki, Rusiya Krım yarımadasını götürməkdə haqlıdır, çünki Krım …rus torpağıdır(?). “Rusiya bir vaxt onu ələ keçirəndə Ukraynadan deyil, Türkiyədən – Osmanlı imperiyasından “qoparıb”. Özü də, hazırkı özünküləşdirmə əməliyyatı qanunidir, referendum nəticəsində baş verib”.

Bu fikri düşünən başın hüquqdan, ədalətdən, vicdandan xəbəri vardımı? “Jiskaryov” NATO üzvü olan nüvə silahlı dövlətə hansı kəllə ilə rəhbərlik edib?!

1974-cü ildə fransız rejissor Jüst Jakenin lentə aldığı “Emmanuel” filmi Avropada və onun hüdudlarından uzaqlarda kişilərin rahatlığını tamam pozmuşdu. Sonradan külli sayda davamı çəkilən bu kino silsiləsi pozğun qadın(lar)ın öz cinsi ehtiraslarının, azğın şəhvətinin təminatına yönəldilən sərgüzəştlərindən bəhs edirdi və əxlaqsız həyat tərzinin aşkar təbliği idi.

Filmin böyük ekranlarda nümayişinə əvvəl qadağa qoyulmuşdu. Jiskar d’Esten hakimiyyətə gəldikdən sonra onun göstərilməsinə halallıq verdi.

“Emmanuel”də baş rolu aktrisa Silviya Kristel ifa edib. Jiskar 20 ildən çox evli olsa da, and verdiyi arvadının fiziki ölümünü gözləmədi, onu mənəvi cəhətdən məhv etdi. Jiskarla Silviya aralarındakı abırsız macəranı heç kimdən gizlətmədilər. Axı onlar franlı deyil, fransız idilər…

Fransanın digər prezidentləri də ailə namusunu və xüsusilə dövlət başçısı reputasiyasını kino aktrisalarının ayaqları altına atmışdılar.

Məsələn, Fransua Holland “Gəl öpüşək” və bu qəbildən olan sair filmlərdə baş rol ifaçısı Jüli Qayeni prezident yatağına salaraq öz “Holland”lığını isbat etdi.

Məşhur kino artisti Ani Jirardo və ərəb mənşəli populyar müğənni Dalida prezident Fransua Mitterana seks xidmətləri göstərirdilər. Onun aşnaları arasında Fransanın indiyədək yeganə qadın baş naziri Edit Kresson da var idi. Prinsip sadədir: sən (…) mənə, vəzifə – sənə.

Prezident Jak Şirak sevişdiyi qadınlara paytaxt Parisdə dövlət büdcəsi hesabına mənzillər hədiyyə edirdi. Hər dəfə hansınınsa yanına gedəndə arvadına telefonla zəng edib deyirdi ki, vacib müşavirədədir. Britaniya şahzadəsi Diana Paris tunelində avtomobil qəzasına düşüb həlak olduqda ölkə başçısı iş başında tapılmadı. Hadisə yerinə onun …arvadı getdi. Ərinin yüngülsov sevgi macəralarından boğaza gəlmiş Bernadet keçən il Jakdan intiqam aldı  – onun dəfn mərasimində iştirak etmədi…

Nikola Sarkazi (sanki Nikol Sarkisyan…) isə “kənar”a getməmək üçün top-model və müğənni qadını – Karla Brunini – evinə gətirib özünə …arvad etmişdi.

Emmanuel Makronun əxlaqsızlıq təcəssümünə çevrilmiş adı məhəbbət “cəbhə”sinin döyüşçüləri sırasında hallandırılmır. Güman etmək olar ki, məşuqələrə ehtiyacı yoxdur. Bəlkə buna görə özündən qat-qat yaşlı qadınla – müəlliməsi ilə evlənib.

Əlbəttə, hətta prezident olduğu halda nə qədər əxlaqsız görünsə də, şəxsi həyat hər kəsin elə şəxsi işidir. Amma «fırtıqlı» ilbiz yeyən qurbağabazlar birdəfəlik bilməlidirlər ki, Qarabağ – Azərbaycandır, Krım – Ukraynadır, Fransa – əxlaqsızlıq yuvasıdır!

T A P M A C A

“Tapmaca” mahnısının müəllifi kimlərdir?

Cavabını aşağıda «Müzakirə» çərçivəsində yaz.

Yeni İl axşamı doğru cavab elə orada yerləşdiriləcək.

Uğur olsun!

A.ƏZİZ

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*