Emoməli Rəhmon beşinci dəfə prezident seçildibackend

Emoməli Rəhmon beşinci dəfə prezident seçildi

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

Tacikistanda keçirilən prezident seçkilərində, səslərin 90.92 faizini toplayan hazırkı dövlət başçısı Emoməli Rəhmon 3 milyon 837 min seçicinin ona səs verməsi ilə beşinci dəfə qalib gəlib.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, bu barədə bu gün respublikanın Seçki və Referendum üzrə Mərkəzi Komissiyası məlumat yayıb.

Komissiya sədri Bəxtiyor Xudoerzodanın sözlərinə görə, səsvermədə iştirak edənlərin sayı 85,39% təşkil edib.

Xatırladaq ki, Tacikistanda prezident seçkiləri 11 oktyabrda keçirilib.

Dövlət başçısı vəzifəsinə beş namizəd mübarizə aparıb: Rüstəm Lətifzoda (Aqrar Partiya), Abduxalim Qafforzoda (Sosialist Partiya), hazırkı prezident Emoməli Rəhmon (Müstəqil Həmkarlar İttifaqları Federasiyası, Gənclər Birliyi və Tacikistan Xalq Demokratik Partiyası), Rüstəm Rəhmatzoda (İqtisadi İslahatlar Partiyası) və Miroj Abdulloyev (Kommunist Partiyası).

Emoməli Rəhmon Tacikistanın üçüncü prezidentidir; 16 noyabr 1994-cü ildən bu vəzifədə çalışır. Seçkilərin gedişatını MDB, ŞƏT, KTMT, ATƏT, Dövlət Duması və Federasiya Şurasından müşahidəçilər izləyiblər.                  

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*