Epilyasiya və dırnaq qaynağı qadağan olundubackend

Epilyasiya və dırnaq qaynağı qadağan olundu

Bu yaxınlarda İran mediası xəbər yayıb ki, İranın Məşhəd şəhərindəki qadın gözəllik salonlarında insanların qeyri-ənənəvi paltarlar geyinməsi, habelə dırnaq qaynağı və bədənin gizli yerlərinə tatuların vurulması və epilyasiyası qadağandır.

KONKRET.az-ın xəbərinə görə, bu barədə “Dideban-e İran” saytı məlumatlı mənbəyə istinadən yazıb ki, bu göstəriş İranın Yaxşı İşlərə Dəvət Etmə və Pis İşlərdən Çəkindirmə Qərargahının əmri ilə və epilyasiyanın “böyük günah” hesab edilməsi səbəbilə verilib.

Eyni zamanda bu xəbərdarlığa baxmayaraq, bəzi qadın gözəllik salonlarının qadağan olunmuş xidmətləri davam etdirməsi barədə məlumatlar yayılıb. Bəzi mənbələr qadağanın Məşhədlə məhdudlaşmadığını, digər əyalət və şəhərlərdə də oxşar xəbərdarlıqların edildiyini bildiriblər. Oxu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*