Tramp Rusiyaya güzəşt edir, Konqres isə qarşı çıxır: Moskvanı nə gözləyir?backend

Tramp Rusiyaya güzəşt edir, Konqres isə qarşı çıxır: Moskvanı nə gözləyir?

“Rusiya-Ukrayna müharibəsi fonunda ABŞ-ın Rusiyaya qarşı müəyyən sanksiyaları müvəqqəti olaraq aradan qaldırmasının Moskvanın mövqelərinin güclənməsinə gətirib çıxaracağını düşünmürəm. Bu addım daha çox Rusiyanın iqtisadi və ticarət fəaliyyətinə müəyyən manevr imkanları yaradır”.

Bu fikirləri politoloq Məhəmməd Əsədullazadə KONKRET.az-a açıqlamasında səsləndirib:

Paşinyan güclənir, Putin isə… - Simonyandan Rusiyaya siyasi mesaj | KONKRET

“Məsələ ondadır ki, bu təşəbbüs Tramp administrasiyasından gəlsə də, ABŞ Konqresində bununla bağlı fərqli yanaşma mövcuddur. Konqres artıq Amerika banklarına müraciət edərək Rusiya ilə ticarət müqavilələri çərçivəsində maliyyə köçürmələrinin qarşısının alınması istiqamətində mövqeyini ortaya qoyub. Rusiya gəmilərinin okeanda gözləməsi də bu məhdudiyyətlərin yaratdığı çətinliklərin göstəricisidir. Düşünürəm ki, Konqres Rusiyanın ABŞ bazarında dizel yanacağı satışına imkan verilməsinə qarşı çıxacaq.Ümumiyyətlə, ABŞ-ın Rusiyaya qarşı müəyyən sanksiyaları yumşaltması münaqişənin həllinə də müsbət təsir göstərməyəcək. Çünki biz görürük ki, Rusiya bu addımlara baxmayaraq, Ukraynaya qarşı hücumlarını davam etdirir, dəmir yolu infrastrukturunu və digər strateji obyektləri hədəfə alır. Eyni zamanda, Ukraynanın enerji infrastrukturuna qarşı hücumlar da yenidən intensivləşib”.

Poltitoloq Hesab edir ki, Əbu-Dabidə danışıqlar prosesi baş tutsa belə, hazırkı mərhələdə müharibənin dayandırılması istiqamətində ciddi irəliləyiş gözləmək çətindir.

“Çünki Moskva danışıqlar fonunda belə hərbi təzyiq siyasətindən imtina etmir. Proses faktiki olaraq dalana dirənib və tərəflər arasında mövqelərin yaxınlaşması üçün hələ real zəmin formalaşmayıb”.

Əsədullazadə qeyd edib ki,  sanksiyalarla bağlı hissədə bir mühüm məqam var:

“26 oktyabrda ABŞ senatorları və konqresmenləri banklara, limanlara və yanacaq şirkətlərinə Rusiya dizelinin idxalı ilə bağlı xəbərdarlıq məktubları göndəriblər. Bununla belə, gəmilərin artıq ABŞ-a doğru hərəkət etdiyi barədə məlumatlar da var. Buna görə onların idxalının qarşısının qəti alınacağını deyil, hüquqi və siyasi maneələrlə üzləşə biləcəyini demək daha dəqiqdir”.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*