Ər-arvad bir-birinin borcuna görə cavabdehdirmi? – Nikah müqaviləsi aktuallaşırbackend

Ər-arvad bir-birinin borcuna görə cavabdehdirmi? - Nikah müqaviləsi aktuallaşır

Son zamanlar banklar yeni üsula əl atıblar. Tələblərini borclunun həyat yoldaşının gəlirinə (əmlakına) yönəldirlər. Məsələn, arvadın banka borcu var, amma gəliri yoxdur. Ərinin pensiyası var. Bank icra məmurundan tələb edir ki, tələb ərin pensiyasına yönəldilsin. İcra məmuru da pensiyann yarısını tutmağa başlayır.

KONKRET.az xəbər verir ki, bank üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov bildirib ki, bu ona görə baş verir ki, ər-arvadın nikah dövründə əldə etdiyi gəlir (əmlak) onların birgə mülkiyyəti hesab olunur. Bundan qurtulmağın bircə yolu
var: hər kəsin gəlirinin (əmlakının) sırf özünə aid olduğunu təsbit edən nikah müqaviləsinin bağlanılması. Bunu hər an etmək olar. O cümlədən tələb gəlirə yönəldikdən sonra da. Yəni yuxarıda qeyd etdiyim halda ər-arvad nikah müqaviləsi bağlasa borc artıq ərin pensiyasından tutula bilməyəcək.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*