ABŞ və müttəfiqləri ötən ay Ukraynada gizli sülh toplantısı keçirib.
KONKRET.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Dekabrın 16-da Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən məxfi toplantıya G7 ölkələri ilə yanaşı Qlobal Cənubdan bir qrup ölkə də daxil edilib.
Görüşə Rusiya dəvət olunmayıb, Çin isə iştirak etməyib. Görüş iştirakçı ölkələrin özlərini daha rahat hiss etmələri üçün gizli təşkil olunub. Mənbələr bildiriblər ki, nisbətən kiçik formatda keçirilən görüş Ukraynada sülhün düsturunu daha sərbəst müzakirə etməyə imkan verib.
Bloomberg qeyd edib ki, müttəfiqlərin Ukraynaya dəstək səyləri son aylarda zəifləyib.
Burhan,
KONKRET.az
