Ər və arvad açıq sahədə dünyanın ən böyük xəzinəsini tapdı - FOTO
401
Böyük Britaniyanın Somerset qraflığında yerli bir fermaya aid tarlanın tən ortasında ölkə tarixindəki ən böyük xəzinələrdən biri tapılıb. Konkret.az xəbər verir ki, bu barədə “Dailу Mail” məlumat yayıb. Şanslı cütlük Adam Steyples və Liza Greys xəzinənin yeddi ay əvvəl kəşf edildiyini bildiriblər. Hazırda xəzinə Londondakı muzeylərdən birində tədqiq edilir. İlkin ehtimallara görə, 2571 gümüş sikkə 1066-cı ildə taxt-tacı ələ keçirmiş və yalnız doqquz ay hakimiyyətdə olan Kral Harold II Qodvinsonun hökmranlığı dövrünə aiddir.
Mütəxəssislərin fikrincə, tapılan sikkələrin hər birinin dəyəri beş min funt-sterlinqə qədər ola bilər. Əgər tapılan xəzinə muzey üçün vacib sayılarsa, bu məbləğ cütlüyə və torpaq sahibinə ödəniləcək. Əks halda cütlük və torpaq sahibi özləri onu hərracda sata biləcəklər.