Ərdoğan: “Paşinyan istəyir ki, Türkiyə Azərbaycanla sülhə töhfə versin”backend

Ərdoğan: “Paşinyan istəyir ki, Türkiyə Azərbaycanla sülhə töhfə versin”

Ermənistanın baş naziri Nikol Paşinyan istəyir ki, Türkiyə Azərbaycanla sülhün bərqərar olmasına töhfə versin və iki qonşu dinc şəraitdə yaşasın.

KONKRET.az “Daily Sabah” nəşrinə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkdakı “Türk Evi”ndə jurnalistlərin suallarını cavablandırarkən deyib.

“Biz də bunun reallaşmasına çalışırıq” deyə Ərdoğan əlavə edib.

Onun sözlərinə görə, Ankara ümid edir ki, Azərbaycan və Ermənistan arasındakı problemlər öz həllini tapacaq, çünki hər iki tərəf sülh tərəfdarı olduğunu inkar etmir.

Türkiyə lideri qeyd edib ki, iki ölkə arasında sülh yeni imkanlara və qazanclara qapı açacaq, Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesi də buna uyğun irəliləyəcək.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*