Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Qalatasaray”ı təbrik edib.
KONKRET.az xəbər verir ki, Ərdoğan bununla bağlı rəsmi tviter hesabında paylaşım edib.
“Super Liqanın 2022-2023 mövsümünün çempionu “Qalatasaray”ı, azarkeşlərini və bütün Qalatasaray ictimaiyyətini səmimi qəlbdən təbrik edirəm”, – Türkiyə lideri paylaşımda bildirib.
Qeyd edək ki, bu, “Qalatasaray”ın 23-cü çempionluğudur.
