Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 2-3-də Qazaxıstanda səfərdə olacaq.
KONKRET.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə prezident administrasiyası yayıb.
Türkiyə lideri Türk Dövlətləri Təşkilatının (TDT) X Zirvə toplantısında iştirak edəcək. Sammitdə liderlər təşkilat çərçivəsində əməkdaşlığın daha da genişləndirilməsi səylərini müzakirə edəcək, cari, qlobal və regional problemlər ətrafında fikir mübadiləsi aparacaqlar.
Qeyd edək ki, noyabrın 3-də Ərdoğanın UTC üzvü olan ölkələrin liderləri ilə ikitərəfli görüşləri gözlənilir.
Ariz Həsənoğlu,
KONKRET.az
