backend

Ərdoğan yardım edən müxalifətə: “Şou göstərirsiniz” - Video

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan xalqa müraciətində müxalifətin, konkret CHP-nin yardım kampaniyasına da münasibət bildirib. O, əks qütbdə dayanan siyasi qüvvələri ittiham edib.

KONKRET.az xəbər verir ki, Ərdoğan müxalifətin səmimi olmadığını deyib. Türkiyə prezidenti “Məqsəd xalqa yardım etmək deyil, şou göstərməkdir” deyib.

Ərdoğanın fikrincə, müxalifət hökumətlə ayaqlaşmağa, yarışmağa çalışır. “Problem çörək paylamaq deyil, bunu plansız etməkdir. Problem hər hansı məsələdə fərqli düşünmək deyil, yalan söyləməkdir. Biz vətəndaşımıza nağd yardım edərkən zəkat toplamaq yarışına girişdilər”, – prezident fikrini belə ifadə edib.

Yardım kampaniyasında Adana, İstanbul, Mersin bələdiyyələri xüsusi fəallıq göstərir. İqtidar CHP-li başqanların rəhbərlik etdiyi bələdiyyələrin şou göstərdiyini düşünür. Ərdoğandan əvvəl AKP-dən buna bənzər başqa reaksiyalar gəlmişdi.

Bizimyol.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*