Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələlərin baş verdiyi Kahramanmaraşa gəlib.
KONKRET.az xəbər verir ki, dövlət başçısının Kahramanmaraş Sütçü İmam Universitetinin Karacasu kampusunda zəlzələdən zərərçəkmiş şəxslərin müvəqqəti qalması üçün hazırlan konteynerlərlə və modul tipli evlərlə tanış olacağı gözlənilir.
Qeyd edək ki, ərazidə zərərçəkmişlər üçün 1000 ədəd konteyner və 500 ədəd modul tipli evlərin hazırlanması nəzərdə tutulub.
16:32
Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələnin baş verdiyi Hatay bölgəsinə səfər edib.
KONKRET.az xəbər verir ki, bu barədə “Anadolu” məlumat yayıb.
Bildirilib ki, prezidentlə birlikdə Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı da Hatay bölgəsinə gedib.
Qeyd edək ki, Ərdoğan ABŞ-ın dövlət katibi Entoni Blinkenlə görüşdən sonra zəlzələ bölgəsinə yol düşüb.
