Ərdoğana qarşı təhqir: Özəldən kəskin etiraz!backend

Ərdoğana qarşı təhqir: Özəldən kəskin etiraz!

Ötən gün İstanbulda Əkrəm İmamoğlunun həbsinə qarşı keçirilən qanunsuz aksiyalar zamanı polislərlə etirazçılar arasında toqquşma baş verib. Aksiya zamanı bir qrup nümayişçi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ailəsinə qarşı təhqiramiz ifadələr səsləndiriblər.

KONKRET.az axar.az-a istinadən xəbər verir ki, bu ifadələrə görə CHP sədri Özgür Özəl X hesabında kəskin etirazını bildirib.

“Anaya söyüş söymək heç vaxt qəbuledilməzdir. Mən bu söyüşü öz anama yönəlmiş təhqir hesab edirəm. Biz siyasətimizi və etirazlarımızı təhqirsiz, aydın dillə bildiririk. Bir siyasətçinin ailəsi haqqında pis danışan bizdən deyil. Etirazı təhqirlə qarışdırmaq yolverilməzdir”, – partiya sədri qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*