Ərdoğandan Mitsotakislə mübahisə iddiasına MÜNASİBƏT: “Türkiyə Prezidenti belə səviyyəyə düşərmi?”backend

Ərdoğandan Mitsotakislə mübahisə iddiasına MÜNASİBƏT: "Türkiyə Prezidenti belə səviyyəyə düşərmi?"

Praqada Ərdoğanla Mitsotakis arasında insident yaşanıb.

KONKRET.az xəbər verir ki, bu barədə Yunanıstanın ən çox oxunan qəzetlərindən olan “Kathimerini”nin ingiliscə sayında məlumat dərc olunub. Bildirilir ki, Çexiyanın paytaxtı Praqada keçirilən Avropa Siyasi Birliyinin sammitində gərginlik yaşanıb. Yunanıstan mətbuatında yer alan xəbərə görə, prezident Ərdoğanla Yunanıstanın Baş naziri Mitsotakis arasında dava düşüb.

Avropa İttifaqına üzv dövlətlərin, eləcə də Türkiyə, Böyük Britaniya, Azərbaycan və Ermənistan kimi ölkələrin liderlərinin iştirakı ilə ilk dəfə keçirilən Avropa Siyasi Birliyinin ilk sammitində gərginlik artıb.

Prezident Ərdoğan və Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis dünən ilk dəfə olaraq son aylarda gərginliyin günbəgün artdığı Ankara-Afina xəttində eyni görüşə qatılıb. İki adın görüşə biləcəyi sammitdən əvvəl tez-tez gündəmdə olsa da, belə bir görüş olmayıb.

Ancaq Yunanıstan mətbuatında yer alan xəbərlərdə bütün liderlərin qatıldığı şam yeməyində Ərdoğanla Mitsotakis arasında mübahisə yaşandığı iddia edilib.

Dərc olunan xəbərdə Ərdoğanın şam yeməyi zamanı Yunanıstanla bağlı açıqlamalar verdiyi bildirilib.

Xəbərdə, “Avropa Siyasi Birliyinin Praqada şam yeməyi Mitsotakis və Ərdoğan arasında müzakirə meydanına çevrilib. Ərdoğan Yunanıstana qarşı iddialarını təkrarlayıb.

Əldə edilən məlumata görə, Türkiyə lideri Yunanıstana hücum edərək Afinanın təxribat xarakterli hərəkətləri ilə bölgədəki gərginliyi artırdığını bildirib. Baş nazir Mitsotakis dərhal Türkiyənin Yunanıstanın Egey adalarının suverenliyini şübhə altına almasını dayandırmalı olduğunu söyləyib. Ərdoğandan sonra söz alan Mitsotakisin də Ərdoğana müraciət etdiyi öyrənilib.

Aldığımız son məlumata görə, cümə namazı zamanı Ərdoğan bu hadisəyə aydınlıq gətirib:

“Bu axşam şam yeməyində çıxışım var idi. Çıxışımı etdim, bəy çıxışımdan çox narahat oldu. Çıxışımdan sonra masama keçdim. Bilmirəm kimdən necə icazə alıb, çıxıb, mənə cavab verməyə çalışıb. Onun sözlərinə cavab verərəmmi? Türkiyə Cümhuriyyətinin Prezidenti belə səviyyəyə düşərmi? Orada onun bir neçə kəlməsini dinləməklə kifayətləndim. Həqiqətən də onu heç kim alqışlamadı”.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*