Ərdoğanın sədrliyi ilə MTŞ-nin iclası keçirildibackend

Ərdoğanın sədrliyi ilə MTŞ-nin iclası keçirildi

Türkiyədə Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Milli Təhlükəsizlik Şurasının iclası keçirilib.

KONKRET.az xəbər verir ki, təxminən 3 saat davam edən iclasda müzakirə edilən məsələlər açıqlanıb.

Bildirilib ki, 6 fevralda baş verən zəlzələlərdən zərər çəkmiş əyalətlərdə həyatın normallaşdırılması məsələsi diqqət mərkəzində olub.

Müzakirələrdə Yunanıstanla ikitərəfli münasibətlərdə müsbət münasibətlərin qorunub saxlanılmasında qərarlılıq, terror əməliyyatlarının davam etdirilməsi əzmi və mayın 14-də keçiriləcək seçkilərin təhlükəsizliyi məsələsi də yer alıb.

Həmçinin, Rusiya-Ukrayna müharibəsində Qara dəniz təhlükəsizliyinin təmin edilməsi və humanitar böhranların həlli üçün lazımi işlərin davam etdirilməsi qərara alınıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*