Ərdoğanın səfəri zamanı Yunanıstan və Türkiyə ən azı 20 müqavilə imzalayacaq – KİVbackend

Ərdoğanın səfəri zamanı Yunanıstan və Türkiyə ən azı 20 müqavilə imzalayacaq - KİV

Yunanıstan və Türkiyə dekabrın 7-də Afinada keçiriləcək Yüksək Əməkdaşlıq Şurasının iclasında ən azı 20 saziş imzalayacaqlar.

KONKRET.az xəbər verir ki, bu barədə Yunanıstanın dövlət televiziyası ERT məlumat yayıb.

Bildirilir ki, Yunanıstanın baş naziri Kiriakos Mitsotakis və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə baş tutacaq iclas Afinada iki ölkənin bir sıra nazirlərinin iştirakı ilə keçiriləcək.

“İki tərəf arasında ən azı 20 sazişin imzalanacağı gözlənilir ki, bunlardan da başlıcası miqrasiya ilə bağlı saziş olacaq”, – məlumatda deyilir.

Türkiyə diplomatik mənbələrinin məlumatına görə, Ərdoğanı səfər zamanı 7 nazir, həmçinin onun müşaviri Akif Çağatay Kılıç müşayiət edəcək.

Yunanıstan tərəfdən isə xarici işlər naziri Giorgos Gerapetritis, müdafiə naziri Nikos Dendias, iqtisadiyyat naziri Kostis Hatzidakis, təhsil naziri Kiriakos Pierrakakis, immiqrasiya naziri Dimitris Keridis, mədəniyyət naziri Lina Mendoni və turizm naziri Olqa Kefaloyanni iştirak edəcək.

Qeyd edilir ki, Ərdoğanın səfəri zamanı ciddi təhlükəsizlik tədbirləri görüləcək.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*