Belarus da müharibəyə girir? – General AÇIQLADIbackend

Belarus da müharibəyə girir? – General AÇIQLADI

Belarusun hərbi strategiyasının mahiyyəti münaqişəyə cəlb edilməyin qarşısını almaq və vətəndaşlarının təhlükəsizliyini qorumaqdır”.

KONKRET.az globalinfo.az-a istinadən xəbər verir ki, bunu Belarus müdafiə naziri Viktor Xrenin “Belarus 1” televiziya kanalına açıqlamasında deyib.

“Burada strategiyaya baxmalıyıq və prezidentimiz strategiyanı dəqiq müəyyən edib: münaqişəyə qarışmağımızın mənası yoxdur”, – Xrenin deyib.

Onun sözlərinə görə, Minsk vəziyyəti izləyir və sərhəddə minimal da olsa, “müəyyən qüvvələr” saxlayır:

“Həmin qruplar dövlət sərhədinin qorunmasında sərhəd xidmətinə kömək edirlər”.

Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski daha əvvəl Belarusla sərhədə quraşdırılmış və “Rusiyaya ölkəsinə dron hücumları həyata keçirməkdə kömək edən” təkrarlayıcı ötürücülərə diqqət çəkmişdi. O, Minskdən “bu avadanlığı sökməyi” tələb etmiş, əks halda bunun “son dərəcə təhlükəli nəticələrə” səbəb olacağını demişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*