Ərinin Rusiyadakı biznesinə görə istefa verməkdən imtina etdibackend

Ərinin Rusiyadakı biznesinə görə istefa verməkdən imtina etdi

Estoniya prezidenti Kaja Kallas əri Arvo Hallikin Rusiyadakı biznesi ilə bağlı mətbuatda yer alan məlumatlardan sonra istefa vermək fikrində olmadığını bildirib.

KONKRET.az xəbər verir ki, bu barədə o, Delfi portalına bildirib.

O deyib ki, “Stark Logistics”in Rusiyadakı fəaliyyətinə xitam verilib. İndi xidməti yalnız bir Estoniya şirkəti təqdim edir, o da ölkədə öz işini başa çatdırmaq üzrədir.

“İstefam üçün heç bir səbəb görmürəm. Mən pis bir şey etməmişəm. Ərim səhv bir şey etməyib” – deyə Kaja Kallas bildirib.

Xatırladaq ki, daha əvvəl ERR portalı Hallikə məxsus olan “Stark Logistics” nəqliyyat şirkətinin hələ də Rusiyaya yük daşıdığını bildirmişdi. Bu məlumat cəmiyyətdə böyük rezonans doğurub.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*