Erməni analardan ETİRAZ: “Gənclərimizin qanını içməyi dayandırın”backend

Erməni analardan ETİRAZ: "Gənclərimizin qanını içməyi dayandırın"

“Ölkəmiz kəndbəkənd, santimetrlə təslim edilir”.

KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, 44 günlük müharibədə həlak olan hərbçilərin valideynləri Ermənistan İstintaq Komitəsinin inzibati binasının qarşısında etiraz aksiyası keçirir. Etirazçılar Ermənistanın kəndbəkənd, qarışbaqarış təslim edildiyini bildirir:

“Ölkəmizdə hadisələr və fəlakətlər bir-birinin ardınca o qədər sürətlə baş verir ki, xüsusən mənim üçün Yerablur hərbi panteonunda baş verənlər az əhəmiyyət daşıyır. Mən xüsusi olaraq bu sözləri demək istəyirəm: gənclərimizin qanını içməyi dayandırın” – erirazçılardan biri Ermənistan hökumətinə səslənib.

“Bir gün əvvəl həyatını itirən dörd gəncimizin üzünü gördüm. Onların üzünə necə baxa bildiyimi, qayğısız yaşamağa çalışmaq üçün səy göstərdiyimi təsəvvür edə bilmirəm. Ölkəmiz sözün əsl mənasında  kəndbəkənd, santimetrlə təhvil verilir”, – deyə Elis Gevorqyan adlı digər etirazçı qeyd edib.

“Əminəm ki, Azərbaycan ordusu təkcə sərhədyanı ərazilərdə deyil, həm də İrəvanda, “Respublika” meydanında gəzir. Ona görə də, bütün vətəndaşları ayıq-sayıq olmağa çağırıram. Düşmən sakitcə Ermənistan ərazisinə daxil olur, kəndləri gəzir. Bütün bunlar ən yaxşı halda Ermənistan hakimiyyət orqanlarının fəaliyyətsizliyi, ən pis halda isə cinayətkar əməlləri nəticəsində baş verir. Ona görə də, biz özümüzə gəlməli, gənc nəslin məhv olmasının qarşısını almağa çalışmalıyıq”, – deyə ölən erməni əsgərlərdən birinin anası vurğulayıb.

Xatırladaq ki, Ermənistan polisi 2022-ci il sentyabrın 21-də Nikol Paşinyan və digər rəsmi şəxslərin Yerablur hərbi panteonuna daxil olmasına etiraz edən hərbçilərin valideynlərini və yaxınlarını güc tətbiq edərək ərazidən qovmuşdu.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*