Erməni aparıcı çayda çəkiliş zamanı öldübackend

Erməni aparıcı çayda çəkiliş zamanı öldü

Erməni aparıcı çəkiliş zamanı ölüb.

KONKRET.az Shamshyan.com-a istinadən xəbər verir ki, “Şant” telekanalının aparıcısı Armine Çaqaryan Lori vilayətində dünyasını dəyişib.

Huşunu itirmiş teleaparıcı xilasedicilər tərəfindən Debet çayından çıxarılaraq Alaverdidəki xəstəxanaya çatdırılıb. Lakin bir az sonra onun ölümü ilə bağlı xəbər yayılıb.

Nəşrin məlumatına görə, hadisə Çaqaryanın “Bu mənim çamadanımdır” müəllif proqramının çayda çəkilişləri zamanı baş verib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*