Erməni politoloq: “Tövsiyə edərdim ki, Əmirbəyovun sözlərinə diqqətlə yanaşaq”backend

Erməni politoloq: "Tövsiyə edərdim ki, Əmirbəyovun sözlərinə diqqətlə yanaşaq"

“Rəsmi Bakı ötən il sülh müqaviləsinin ilin sonuna kimi imzalanacağını deyirdilər, indi də eyni şeyi deyirlər. Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Elçin Əmirbəyov nə deyir? Tövsiyə edərdim ki, onun sözlərinə diqqətlə yanaşaq”.

KONKRET.az xəbər verir ki, bu sözləri “Erməni layihəsi”nin həmtəsisçisi Karen İgityan deyib.

O daha sonra fikirlərini belə davam edib: “İndi həmin adam deyir ki, Ermənistan Konstitusiyasını dəyişməyincə (yeri gəlmişkən, suverenlik və müstəqilliyimizi bildirən Konstitusiyamızı, yəni daxili həyatımızı tənzimləyən sənədi başqa ölkə bizdən dəyişdirməyi tələb edir) sülh olmayacaq. Belə çıxır ki, Azərbaycan Ermənistanla heç bir sənəd imzalamaq fikrində deyil”.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*