Diplomatik korpusun nümayəndələri Qarabağa səfərlərinin ikinci günündə Azərbaycaycanın Ağdərə rayonunda yerləşən erməni vandalizminə məruz qalmış, Qafqaz Albaniyasının dini və mədəni mərkəzlərindən biri Gəncəsər Monastır Kompleksinə baxış keçiriblər.
Gəncəsər monastır kompleksi erməni vandalizminin qurbanı olan abidələrimizdən biridir.
Elmi ədəbiyyatda Xəznədağ məbədi adı ilə tanınan bu kompleksin əsas tikililəri XIII əsrdə inşa edilib. Monastırın yerləşdiyi Xaçınçay sahilindəki təpə hələ xristianlıqdan öncə müqəddəs yer sayılıb. Gəncəsər monastırı Qafqaz Albaniyasının dini və mədəni mərkəzi olub.
Gəncəsər monastırı işğal dövründə ermənilər tərəfindən saxtakarlığa və qanunsuz müdaxilələrə məruz qalaraq tarixi alban memarlıq üslubu dəyişdirilmişdir.
Ermənilər 2012-ci ildə bu abidənin divarlarının üzərini mərmər daşlarla bağlamağa başlayıblar.
Kompleksin həyətində aparılan tikinti “abadlıq” işləri monastırın əzəli görkəminə zərər vurub.
***
Xəbər verdiyimiz kimi, diplomatik korpusun nümayəndələri Qarabağa səfərlərinin ikinci günündə Azərbaycanın Ağdərə rayonunda yerləşən erməni vandalizminə məruz qalmış, Qafqaz Albaniyasının dini və mədəni mərkəzlərindən biri Gəncəsər Monastır Kompleksinə baxış keçiriblər.
KONKRET.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev nümayəndələrə tarixi monastrıın erməni işğalında olduğu müddətdə saxtakarlığa məruz qalmasını və memarlıq üslubunun qəsdən dəyişdirilməsi nəticəsində dəyən zərəri təqdim edib.
Prezidentin köməkçisi işğal müddətində monastrda ermənilərin qədim kitablarının sərgisi kimi təqdim olunan və xüsusi şəkildə mühafizə edilən kitabların saxta olduğunu nümayiş etdirib. H.Hacıyev kitablarda sadəcə görünən bir səhifədə ətn və rəsm olduğunu, digər səhifələrin boş olduğunu kitabı vərəqləyərək təqdim edib.
Həmin anların görüntüləri:
