Ermənilər Bülbülün ev muzeyini darmadağın edib – VİDEObackend

Ermənilər Bülbülün ev muzeyini darmadağın edib - VİDEO

Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov məşhur opera müğənnisi Bülbülün ermənilər tərəfindən dağıdılan ev muzeyinin görüntülərini paylaşıb.

KONKRET.az xəbər verir ki, o, tvitterdə sənətkarın Şuşadakı mənzilinin görüntülərini yayaraq məkanın vandalizmə məruz qaldığını ifadə edib.

“Bu, ermənilərin Şuşada məşhur azərbaycanlı opera müğənnisi Bülbülün (1897-1961) ev-muzeyinə etdikləridir”,- deyə A. Kərimov qeyd edib.

Görüntülərdə evin odun anbarı kimi istifadə olunduğu, Bülbülün həyətdəki heykəlinin isə dağıdıldığı açıq-aşkar görünür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*