“Ermənilər Azərbaycana qarşı növbəti vəhşiliklər törətməkdə davam edir. Belə ki, Kəlbəcər rayonunu tərk edən ermənilər evləri yandırır, ev heyvanlarını öldürür, kütləvi şəkildə ağacları kəsirlər”.
Bu barədə KONKRET.az-az-a danışan Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri, deputat Musa Quliyev bildirib ki,erməni vandallığı yeni bir şey deyil: “Onlar işğal altında olan bütün torpaqlarımızı məhv edib, dağıdıblar. Ermənilər işğal etdikləri rayonlarımızda salamat bina belə qoymayıblar ki, qalsın. Ağacları doğrayıb, meşələri yandırıb, flora və faunanı məhv ediblər. Sularımızı və çaylarımızı zəhərləyiblər. Bu gün çıxmaq məcburiyyətində qaldıqları üçün bizə qarşı sonuncu pisliklərini edirlər. Kəlbəcərdə, Laçında və digər rayonlarda bu cür vandal addımlarla istəyirlər ki, guya Azərbaycana ziyan vursunlar. Erməni sakinləri və Ermənistan dövləti anlamalıdır ki, onların bu vandallığı və vəhşiliyi cavabsız qalmayacaq. Azərbaycana vurduqları maddi və mənəvi zərərin hesabını ödəməyə məcburdular. Təzminat üçün biz beynəlxalq məhkəmələrə müraciət edəcəyik. Onlar çox ciddi şəkildə bunun əvəzini və cavabını verəcəklər”.
Deputat qeyd edib ki, hər şeyi yenidən qurulac və abadlaşdırılacaq: “Bütövlükdə Qarabağ torpağına yeni nəfəs gələcək və bu bölgəni turizm mərkəzinə çevirəcəyik.
Biz Ermənistan dövlətinə təzminat davasını açacağıq. Ermənilər bu vandal addımları atan zaman fikirləşməlidirlər ki, bunun hesabını Azərbaycana ödəyəcəklər. Əsas odur ki, torpaqlarımızı geri qaytardıq, ərazi bütövlüyümüzü təmin etdik. Cənab prezidentin müəyyən etdiyi proqram üzrə bərpa işlərinə başlayacağıq. Amma erməni vandalizminə qarşı beynəlxalq ictimaiyyət də öz fikirlərini bildirməlidir. Xarici jurnalistlər oraya gedib, imkan daxilində çəkilişlər edib, erməni vəhşiliyini bütün dünyaya göstərməlidirlər. Biz də əlimizdə olan erməni vandalizimi ilə bağlı materialları dünya ictimaiyyətinə çatdırmalıyıq ki, görsünlər ki, biz bu illər ərzində necə vəhşi toplumla mübarizə aparmışıq”.
Nərgiz Mirzəyeva,
KONKRET.az
