Ermənilər Qarabağda təlimlər zamanı Azərbaycan bayrağını hədəf aldı – VİDEObackend

Ermənilər Qarabağda təlimlər zamanı Azərbaycan bayrağını hədəf aldı - VİDEO

Bu gün Azərbayvanın işğal altındakı ərazilərində hərbi təlimlər keçirən ermənilər növbəti dəfə təxribata əl atıblar.

KONKRET.az xəbər verir ki, Ağdamın Şahbulaz adlanan ərazisində baş tutan təlimlər zamanı Azərbaycan bayrağı şərti hədəflərdən biri olub. Zirehli texnika, artilleriya qoşunları və xüsusi təyinatlı qüvvələrin iştirakı ilə aparılan təlimlər zamanı hərbçilərdən biri Azərbaycan bayrağını yerə atır.

Təlimləri Qarabağ separatçılarının yeni lideri Araik Arutunyan, Ermənistanın Baş Qərargah rəisi, general-leytenant Onik Qasparyan və s. şəxslər izləyib. Təlimlərin Azərbaycan Milli Ordu Gününün qeyd edildiyi vaxtda təyin olunması da Ermənistan rəhbərliyinin bu tarixi təsadüfən seçmədiyinə işarədir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*